“Olimpiya oyunları uşaqların gözü ilə”

Məktəbimizdə şagirdlərlə “Olimpiya oyunları uşaqların gözü ilə” mövzusunda keçirilən söhbət çox maraqlı və ilhamverici keçdi. Söhbətin əvvəlində müəllimlər uşaqlara Olimpiya oyunlarının nə demək olduğu,hansı dəyərləri təmsil etdiyi barədə ümumi məlumat verdilər. İdmanın rəqabət, əzmkarlıq və dostluq kimi əsas prinsiplərini izah edərkən, şagirdlər də öz baxışlarını və hisslərini paylaşmağa başladılar.
Müəllimlər də uşaqların fikirlərini yüksək qiymətləndirərək, idmanın təkcə fiziki inkişaf üçün deyil, həm də mənəvi və sosial dəyərlərin formalaşmasında mühüm rol oynadığını vurğuladılar.