Gələcəyin məşhur idmançısı

Məktəbimizin 5 e sinif şagirdi Vaqifcan Quliyev 23.02.2025-ci il tarixində keçirilən Taekvando idman növü üzrə Masallı Liqasının təşkil etdiyi klublararası Liqa döyüşlərində 24 kq çəki dərəcəsində I yerə layiq görülmüşdür.
Şagirdimiz yerli və Beynəlxalq yarışlarda da qələbələr qazanmışdır.2024-cü ilin may ayında Gürcüstanda keçirilən Taekvando üzrə açıq birinciliyində finalda görüşdüyü erməni rəqibini məğlub edərək birinciliyi qazanmışdır.