“Riyaziyyat” aylığı

“Riyaziyyat” aylığı çərçivəsində riyaziyyat fənnindən bir neçə müəllim tərəfindən nümunəvi dərslər təşkil olunub.Keçirilmiş dərslər şagirdlərin mövzu ilə bağlı fəal iştirakına və müzakirələr yolu ilə öyrənməsinə şərait yaratmağa xidmət edir.
Dərslər müasir elektron-interaktiv təlim metodlarına əsaslanaraq keçirilib.Şagirdlər fəallıq göstərib,mövzu ilə bağlı müzakirələr aparıb və yeni biliklər əldə ediblər.Müxtəlif vizual və audio materiallardan,o cümlədən videoçarxlardan istifadə olunması dərsləri daha dinamik və maraqlı edib.