Beynəlxalq Ana Dili Günü ilə bağlı tədbir

19.02.2025-ci il tarixində məktəbimizdə Beynəlxalq Ana Dili Günü ilə bağlı tədbir keçirildi.Maraqlı kompozisiyalarla yadda qalan tədbirdə məktəb rəhbərliyi də iştirak etmişdir.Tədbirdə ilk öncə Dövlət Himnimiz səsləndirildi və Şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edildi.Daha sonra isə məktəbin direktoru Ruslan Nağıyev çıxış etdi.Şagirdlər şeirlər söylədilər,mahnılar və rəqslər ifa etdilər.
Beynəlxalq Ana Dili Gününün qeyd edilməsinin əsas məqsədi Azərbaycan dilinin tarixi inkişaf mərhələləri,rəngarəngliyi barədə şagirdlərə dolğun məlumat vermək,doğma dilimizin saflığının qorunaraq gələcək nəsillərə olduğu kimi ötürülməsinə nail olmaq, gələcəyimiz olan uşaqlara dilimizə sevgi və hörmət hissini aşılamaqdan ibarətdir.