Azərbaycan Respublikası Təhsil İnstitutunun məktəbdə apardığı keyfiyyət monitorinq nəticələrinin təhlillərinə görə müəllimlərlə metodik təlim keçirildi.
Təlimin Məqsədi:
Təhsil keyfiyyətinin artırılması üçün monitorinq nəticələrinə əsasən müəllimlərin tədris prosesində üzləşdikləri çətinlikləri və onların həlli yollarını araşdırmaq, müəllimlərin peşəkar inkişafına dair yeni imkanları müzakirə etmək,şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi,müəllimlərin tədris metodlarına dair müşahidələrin aparılması,müəllimlərin yeni pedaqoji metodlardan istifadə imkanları, şagirdlərin motivasiyasını artırmaq üçün strategiyalar, məktəbin güclü və inkişafa ehtiyacı olan istiqamətləri müzakirə olunub, həlli yollarına dair təlimatlar və qeydlər aparıldı.