Şəhidlər Xiyabanına ziyarət
Məktəbimizin müəllimləri və şagirdləri 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar olaraq Şəhidlər Xiyabanını ziyarət etdilər.
Şagirdlər Vətənimizin azadlığı və müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin məzarlarını ziyarət edərək, onların xatirəsini ehtiramla yad etdilər. Şəhidlər Xiyabanı xalqımızın müqəddəs and yeri olmaqla yanaşı, gənc nəsillərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır.