“Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş tədbirdən”

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Tədbirlər planına uyğun olaraq 03.12.2024-cü il tarixli 59-D-327 nömrəli məktuba əsasən "Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2023-cü il tarixli 4248 nömrəli Sərəncamının icrasından irəli gələrək Naxçıvanın geosiyasi mövqeyi, XX əsrin əvvəllərində baş verən siyasi hadisələr,Naxçıvan Muxtar Respublikasının yaradılması, Naxçıvanın qədim tarixi, etimologiyası,mədəni irsi və tarixi abidələri haqqında şagirdlərin maarifləndirilməsi məqsədilə cari ilin dekabr ayı ərzində "Məktəblərdə Naxçıvan ayı" layihəsi keçirilməsi nəzərdə tutulmuşdur.
24 dekabr 2024-cü il tarixində məktəbimizdə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin nümayəndəsi Mehriban xanım,SOS uşaq kəndinin direktor müavini Aynur xanım,pedaqoq Almaz xanım,məktəbin direktoru Ruslan Nağıyev,müəllimlər,valideynlər,şagirdlər və digər qonaqlar iştirak etdilər.
Tədbir Şəhidlərimizin və Ümummilli Lider Heydər Əliyevin 1dəqiqəlik sükutla yad edilməsi,sonra dövlət himninin səsləndirilməsi ilə başladı.
Naxçıvanda anadan olmuş şair və yazıçıların əsərləri  şagirdlər tərəfindən səhnəcik və şeirlərlə nümayiş etdirildi.Daha sonra “O Naxçıvandır” mahnısı şagirdlərimiz tərəfindən ifa olundu.Tədbiri uşaqlarımızın rəqsləri bəzədi.Şagirdlərimizin Naxçıvan yallısını oynaması hər kəsdə yüksək əhval-ruhiyyə oyatdı.Sonda tədbirimizin qonaqları Naxçıvanın milli mətbəxinə xas olan təamlardan daddılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi