"Erkən nikah,qohumlararası nikahın fəsadları " mövzusunda maarifləndirici seminar
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli 71 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı"na uyğun olaraq 13.12.2024-cü il tarixində məktəbimizin psixoloqu Zöhrə İbrahimova
"Erkən nikah,qohumlararası nikahın fəsadları " mövzusunda 9-cu siniflərlə maarifləndirici seminar keçirmişdir. Seminarda erkən nikahın Azərbaycanın ailə genefonduna təsiri baxımından,aktual problemindən,səbəblərindən və bundan başqa erkən nikahların cəmiyyət üçün də mənfi fəsadlarından danışıldı.Seminarda mövzu ilə bağlı təqdimat ,videoçarx nümayiş olundu.Sonda şagirdlər bu mövzuda öz fikirlərini bildirdilər.