“Ulduzlar haqqında nə deyə bilərsiniz?”
Məktəbimizin şagirdləri bu gün “Ulduzlar haqqında nə deyə bilərsiniz?" sualına cavab tapmaq üçün kitabxanada yeni gəlmiş kitablardan yararlanaraq suala cavab tapmışdılar.Məsələn, ulduzların istiliyi,rəngi,ömrü onun kütləsindən,rənglərin dəyişməsi isə ulduzların temperaturunun dəyişməsindən asılı olduğunu öyrəndilər.Ömrünü başa vurmuş ulduzlar,məsələn,ağ cırtdanlar,qırmızı nəhənglər diaqonal zolaqdan kənara çıxır.Beləliklə,şagirdlər ulduzlar haqqında bir çox məlumatlar topladılar.