“Bulling və ona qarşı mübarizə yolları“ adlı maarifləndirici seminar
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəaliyyət planına əsasən 02.12.2024-cü il tarixində 257 saylı tam orta məktəbin psixoloqu Zöhrə İbrahimova 8E,8F,9F,8X siniflərinin şagirdləri ilə “Bullinq” mövzusunda maarifləndirici seminar keçirmişdir. Seminarda əsas məqsəd sagirdlərin bullinq haqqında və bullinq probleminin həllində nə kimi rolu ola biləcəyi haqqında məlumat verməkdir. Bundan əlavə,şagirdlərə aktiv olaraq bullinq qurbanına necə yardım göstərə biləcəyi haqqında ipucları verildi və onlarla bullinq qurbanına qarşı empatiya, bullinq törədənə qarşı isə dözümsüzlük yaratmağa kömək edəcək maarifləndirmə xarakterli söhbətlər aparıldı.