Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası

Noyabrın 30-da Elm və Təhsil Nazirliyi,Təhsil İnstitutu,Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası qaliblərinin mükafatlandırma mərasimi keçirilib.Təhsil İnstitutunun Xüsusi istedadlı uşaqlarla işin təşkili şöbəsinin müdiri Tural Alışov bildirib ki,sözügedən olimpiadada ümumilikdə 21474 şagird iştirak edib.Onlardan 2397 nəfər yarımfinal mərhələsinə vəsiqə qazanıb.Müsabiqənin nəticələrinə əsasən, 62 şagird qalib olub.Onlardan 10 nəfər qızıl, 24 nəfər gümüş, 28 nəfər isə bürünc medalla təltif olunub.
Məktəbimizin 6 b sinif şagirdi Əhmədova Məlahət Famil qızı bu olimpiadada 2 yerə layiq görülərək gümüş medalla təltif edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi