“Uşaq hüquqları aylığı”na həsr olunmuş seminar təşkil edildi
Uşaq hüquqları aylığı çərçivəsində 26.11.2024-cü il tarixində 257 nömrəli tam orta məktəbin 6,,B” sinif şagirdlərinin iştirakı ilə məktəbin psixoloqu Zöhrə İbrahimova tərəfindən uşaq hüquqları mövzusunda maarifləndirici seminar təşkil edildi.
“Uşaq hüquqları aylığı”nın təşkil olunmasının əsas məqsədi BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının ildönümü,20 noyabr-Ümumdünya Uşaqlar Günü ərəfəsində uşaqlara diqqətin daha da artırılması və uşaq hüquqlarının qorunması işinin yaxşılaşdırılmasından ibarətdir.Psixoloq şagirdlərə uşaq hüquqlarının yaranma tarixi,milli və beynəlxalq qanunvericilik,dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə ətraflı məlumatlar verdi.