Uşaq hüquqları
25.11.2024-cü il tarixində məktəbimizin Dərnək rəhbəri Mahmudova Səbinə 6 g sinif şagirdləri ilə Uşaq Hüquqları haqqında maarifləndirici söhbətlər apardı.
BMT tərəfindən 20 noyabr 1989-cu il tarixində Uşaq Hüquqları haqqında Konvensiya qəbul edilmişdir. Azərbaycan Respublikasında isə 1998-ci ildə Uşaq Hüquqları haqqında qanun qəbul edilmişdir.Uşaq Hüquqları Konvensiyası dünyanın hər yerində yaşayan uşaqların hüquqlarını qanuni şəkildə təmin edir. BMT tərəfindən uşaq hüquqlarına aid qəbul edilmiş bu sənəd uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyən edir.
Maarifləndirici söhbətlər əsasında şagirdlərə yaşama hüquqları,müdafiə hüquqları,tərbiyə almaq hüquqları,inkişaf hüquqları,təhsil hüquqları,tibbi yardım hüquqları haqqında məlumat verildi.