Şəhidlərimizin xatirəsi yad edildi

Azərbaycan dövlətinin və xalqının tarixinə müqəddəs Şəhid qanıyla yazılan 27 sentyabr 2020-ci il həm də bizim böyük  Zəfər yolumuz oldu. Həmin gün Ali Baş Komandanın əmriylə əks hücuma keçən Azərbaycan Ordusu 30 illik həsrətimizin vüqarlı sonu ilə bizi fərəhləndirdi.Bu böyük gün – Zəfər Günü ilə əlaqədar olaraq məktəbimizin şagirdləri Qənimətlər Parkını və Şəhidlər Xiyabanını ziyarət etmişlər.Hərbi Qənimətlər Parkına ekskursiya zamanı şagirdlərə Vətən Müharibəsində ordumuzun göstərdiyi qəhrəmanlıqlar, düşmənin canlı və hərbi qüvvəsinin itkiləri barədə ətraflı məlumat verildi.    
       Məktəblilər ekskursiya çərçivəsində Vətən Müharibəsi zamanı qənimət götürülən eksponat, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, həmçinin Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqlarına tamaşa etdilər.
Şagirdləri bu ekskursiyalara aparmaqda məqsəd odur ki,onlar ta kiçik yaşlarından bilsinlər ki, onlar qalib ölkənin vətəndaşıdırlar. 
Hər bir Azərbaycan vətəndaşı xoşbəxtdir ki, bu tarixi qələbənin şahidi oldu. Buna görə xalqımıza bu xoşbəxtliyi və tarixi qələbə sevincini yaşadan müzəffər ordumuza borcluyuq. Vətən naminə canlarından keçən Şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daim yaşayacaq. Onların hər biri əsl qəhrəman, gələcək nəsillərə rəşadət və qorxmazlıq nümunəsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi