V sinif şagirdlərinin ümumi orta təhsil pilləsinə adaptasiya istiqamətində maarifləndirici görüş

Məktəb psixoloqunun fəaliyyət planına əsasən 5-ci sinif şagirdlərinin ümumi orta təhsil pilləsinə adaptasiyasi prosesinə dəstək olmaq məqsədilə 22.10.2024-31.10.2024 tarixləri aralığında məktəbin psixoloqu Zöhrə İbrahimova  5A, 5B, 5C, 5Ç, 5D, 5F, 5E, 5Ə, 5G, 5L  siniflərinin şagirdləri ilə görüş keçirmişdir. Adaptasiya dövründə şagirdlərdə həyəcan səviyyəsini aşkar etmək məqsədi ilə test və sorğu aparılmışdır.Ümumilikdə 288 şagird iştirak etmişdir.Adaptasiya problemi yaşayan şagirdlərlə psixoloji-motivasiyaedici söhbət aparılmışdır.Belə problemi yaşayan şagirdlərlə fərdi olaraq görüşlər keçiriləcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi