"Beynəlxalq Kitab Günü ilə bağlı Milli Kitabxana və Miniatür Kitab Muzeyinə ekskursiya"
Kitabı uşaqlara ən yaxşı tanıdan kitabxanalar olduğu üçün şəhərimizin müxtəlif kitabxanalarına ekskursiyalar təşkil olunmuşdur.Məktəbin 3 e sinif müəllimi Şənay Muxtarova
şagirdlərini Milli Kitabxana və Miniatür Kitab Muzeyinə aparmışdır.Muzeydə uşaqlar müxtəlif mövzuda olan kitablarla tanış oldular və muzeyin tarixi haqqında məlumatlar əldə etdilər.Miniatür Kitab Muzeyi 20 ildən artıq müddətdə toplanmış nadir kitab kolleksiyası əsasında yaradılmışdır.