Məktəblilərin asudə vaxtının səmərəli təşkili
Müasir dövrün vacib məsələlərindən biri də asudə vaxtın təşkili məsələsidir.Məktəbin fəaliyyət planına uyğun olaraq 1ç sinif müəllimi Maral Əliyeva şagird və valideynlərlə oktyabrın 21-də Kreativ Uşaq Teatrında “Şahzadə Tomriss” tamaşasına baxıb.Dəvət Xətai rayon İcra hakimiyyətinin təşəbbüsü ilə olub.Tamaşadan sonra əylənən şagirdlər maraqlı və xoş istirahət ediblər.Qeyd etmək lazımdır ki,asudə vaxtın təşkili düzgün olmasa uşaqlar müxtəlif pis vərdişlərə yiyələnə bilər,sosial təhlükəli qruplara qoşula bilər,təhsildən yayına,eləcə də müxtəlif cinayət tipli hadisələr törədə bilər.Ona görə də kiçik yaşlardan uşaqların asudə vaxtının səmərəli təşkil olunması düzgün aparılmalıdır.Uşaqların vaxt bölgüsünün düzgün təşkili valideynlərin mənəvi borcudur.