18 Oktyabr-Müstəqilliyin bərpası günüdür
2024-cü il 18 oktyabr Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 34 ili tamam olur.Bu gün bu bayramı tam fərqli olaraq,öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edirik.Belə ki, məktəbdə keçirilən dərslərdə 18 oktyabr-Müstəqilliyin bərpası günü qeyd olunub və məktəbimizin akt zalında geniş tədbir keçirildi.Şagirdlər dövlət himnini səsləndirdi,bu günün sevincini bizlərə yaşadan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Müəllimlər bu günün tarixi haqqında məlumatlar verdi,videoçarx və sənədli filmlər nümayiş olundu.Məktəbimizin direktoru Ruslan Nağıyev və tarix müəllimi İlham Kərimli bugünün tarixi haqqında məlumat verdilər.