9-cu siniflərdə məktəbdaxili monitorinq keçirilib
14 oktyabr tarixində məktəbin fəaliyyət planına uyğun 9-cu siniflərin buraxılış imtahanına hazırlıq səviyyəsini müəyyən etmək üçün məktəbdaxili monitorinq keçirildi.Suallar 9-cu sinfin proqram materialına uyğun olaraq hazırlanmışdır.Monitorinq hər iki bölmə üzrə buraxılış imtahan fənlərindən keçirilib.Tədris dili 20, riyaziyyat 25, xarici dil 14 sual 2 variant olmaqla 90dəqiqə ərzində şagirdlərin biliyi yoxlanılıb. Nəticələr qısa müddət ərzində yoxlanaraq şagird və valideynlərə bildiriləcək. Eyni zamanda nəticələr fənn metodbirləşmə iclaslarında təhlil olunaraq müzakirə ediləcək. Nəticəsi zəif olan şagirdlərlə əlavə məşğələlər təşkil olunacaq.