“Narkotiklərə Birgə Yox Deyək”

Məktəbin fəaliyyət planına uyğun 10 oktyabr tarixində məktəbdə “Narkotiklərə birgə yox deyək!” adlı tədbir keçirilib.Tədbirdə Xətai rayon Polis İdarəsinin rəisi,polis polkovniki Vaqif Müslümov,polis polkovnik leytenantı İdris Məhərrəmov,Xətai rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov,Lamiyə Hüseynova,məktəbin müəllim və şagird kollektivi iştirak edib.Tədbir bir dəqiqəlik sükut və Dövlət Himni ilə başlayıb.Tədbiri giriş sözü ilə açan məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Şəhla Xəlilova qonaqları salamlayıb,tədbirin günün tələblərinə uyğun olduğunu və məktəblilər üçün böyük əhəmiyyətindən danışıb.Çıxış edənlər bildiriblər ki,sağlam mühit və sağlam gələcək yaratmaq üçün narkomaniyanın qarşısı alınmalıdır.Bunun üçün cəmiyyət və yaxın ətrafınızda sağlam həyat tərzini təbliğ etmək,zərərli vərdişlərə profilaktik tədbirlər görmək lazımdır.Bu işdə valideyn və övlad arasında düzgün münasibətlərin qurulması,düzgün qidalanma,iş və asudə vaxtın səmərəli təşkili,idmanla məşğul olmaq çox önəmlidir.Sonda narkomaniyanın sağalmaz bəla olduğunu əks etdirən videoçarx nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi