10 Oktyabr-Psixi Sağlamlıq Günüdür
1992-ci ildən etibarən hər il oktyabrın 10-u Ümumdünya Psixi Sağlamlıq Günü kimi qeyd edilir. Həmin gün Ümumdünya Psixi Sağlamlıq Federasiyasının təşəbbüsü və Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə təsis edilib.
10.10.2024 cü il tarixində məktəbin psixoloqu Zöhrə İbrahimovanın təşkilatçılığı ilə Psixi sağlamlıq günü ilə əlaqədar tədbir keçirilmişdir. Psixoloq şagirdlərə məlumat verərək, çıxışında ətraflı vurğuladı ki,psixi sağlamlıq insanın öz qabiliyyətlərini reallaşdıra bildiyi, adi həyat streslərinin öhdəsindən gəldiyi, səmərəli çalışdığı vəziyyətdir.
Sağlamlığın ayrılmaz və əhəmiyyətli hissəsi olan psixika hər kəsə öz bacarıq və şəxsi potensialını nümayiş etdirməyə, adi həyat streslərini dəf etməyə, məhsuldar və faydalı iş görməyə, cəmiyyətə xeyir verməyə imkan yaradır.Ruhi rifah və ya ruhi sağlamlıq insanın özü ilə barışıq içində olması, ətrafı ilə daim harmoniya və tarazlıqda olması deməkdir.
Həmin gün tədbirdə iştirak edən 7B sinif şagirdi Quliyeva Sevinc,10C sinif şagirdi Nəcəfli Əli ,10Ə sinif şagirdi Əliyeva Nigar rəsm bacarıqlarını nümayiş etdirdilər.
Sonda sağlam psixikaya malik olan insanların xüsusiyyətləri müzakirə olundu, şagirdlərin mövzu ilə bağlı fikirləri dinlənildi, suallar cavablandırıldı. Təqdimat nümayiş olundu.