“Təhlükəsizlik günü”
Ümumi təhsil müəssisələrində normal iş ahənginin qurulması və təlim-tərbiyə prosesinin mövcud qanunvericiliyin tələblərinə uyğun aparılması üçün mühüm şərtlərdən biri də müəssisədə təhlükəsiz mühitin yaradılmasıdır.Cəmiyyətdə məktəb şagirdlərin,müəllimlərin və məktəb kollektivinin digər üzvlərinin özlərini fiziki,psixoloji və sosial baxımdan təhlükəsiz və rahat hiss etdikləri məkan kimi dəyərləndirilir.Bununla belə,bəzi hallarda aidiyyəti şəxslərin laqeydliyi səbəbindən təhsil müəssisələrində yaradılmış təhlükəsiz mühitin pozulması halları baş verir.Bu səbəbdən,şagirdlərin maarifləndirilməsi və onların məsuliyyətinin artırılması məqsədilə söhbətlər aparıldı,videoçarx izlənildi,onların suallarına cavablar verildi.Bu istiqamətdə tədbirlərimiz davam edir.