Reproduktiv sağlamlıq - Mən və mənim əhatəm

Məktəbdə psixoloji xidmət sahəsində görülən işlər mütəmadi olaraq davam etdirilir.

08.10.2024-cü il tarixində Reproduktiv sağlamlığın tədrisi üzrə VIII sinif şagirdləri ilə qızlar və oğlanlar ayrı-ayrılıqda olmaqla məktəbin psixoloqu Zöhrə İbrahimova  "Mən və mənim əhatəm" mövzusunda məşğələ keçirmişdir.Şagirdlərə psixoloq tərəfindən dostluğun onlar üçün əhəmiyyəti barədə, dostluq və dostluğa verilən tələblər, yeniyetmə oğlanlar və qızlar arasında dostluq münasibətləri kimi suallar ünvanlanıb. Bununla bərabər psixoloq uşaqlara yeniyetməlik dövrünün dostluq münasibəti, yeniyetmənin dost anlayışı kimi bir sıra mövzulara da toxunub. Məşğələ şagirdlər arasında çox maraqla qarşılanıb.Sonda şagirdləri maraqlandıran suallara cavab verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi