Məktəbəhazırlıq qruplarında ilk gün
Oktyabrın 1-də məktəbəhazırlıq qruplarında məşğələlərə start verildi.Bu il məktəbin məktəbəhazırlıq qruplarına 160 uşaq cəlb olunub.2 rus bölməsi,4 azərbaycan bölməsi üzrə uşaqlar həftədə 4 gün olmaqla 12 məşğələ keçəcək.
İlk gün hər il olduğu kimi uşaqlar onlara verilən hədiyyə və dərsliklərlə təmin olunub.Qeyd edək ki,məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığı artırmaq,təhsil mühitinə uyğunlaşdırmaq,onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.