Usagların İcbari Dispanserizasiyası
Uşaqların dispanserizasiyası-uşaqların sağlamlığının qorunması,normal fiziki inkişafının təmin edilməsi və xəstəliyin ilkin mərhələdə aşkar edilməsi məqsədilə kompleks profilaktika,diaqnostika və müalicə-sağlamlaşdırıcı tədbirlərdən ibarət olan aktik dinamik müşahidə sistemidir.Xəstəliklərin əksəriyyətinin təməlinin uşaq yaşında qoyulduğunu nəzərə alaraq,icbari tibbi müayinənin aparılmasının,xəstə uşaqların dispanserizasiyaya cəlb edilməsinin müstəsna əhəmiyyəti vardır.
Oktyabrın 2-də məktəbin IX-XI sinif şagirdlərinin 4 saylı Uşaq Poliklinikasının həkimləri tərəfindən icbari dispanserizasiyası həyata keçirildi.Şagirdlər həkim nəzarətindən keçərək,onları narahat edən səbəbləri bildirdilər.Şagirdlərə müvafiq tövsiyələr verərək,həkimlər lazımi profilaktik tədbirlər həyata keçirdilər.