10-cu Bakı Beynəlxalq Kitab Sərgisində

Oktyabrın 2-də Bakı Ekspo Mərkəzində Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunan 10-cu Bakı Beynəlxalq Kitab Sərgisində məktəbin müəllimləri Zemfira Hüseynova və Könül Orucova məktəblilərlə iştirak edib.Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən sərgidə 200-ə yaxın yerli və xarici təşkilatın,90-dan çox tanınmış ədəbiyyat xadiminin iştirakı və 220-dən çox müxtəlif formatda tədbirin təşkili planlaşdırılıb.Tədbirdə azərbaycanlı yazıçı və şairlərlə yanaşı tanınmış xarici yazıçılar iştirak edəcək.Sərginin açılış günü məktəbin 8a sinif şagirdləri müəllimlərlə tədbir dəvətliləri arasında olub.Tədbir çərçivəsində şagirdlərə yerli və xarici yazarların kitabları təqdim olunub,qiraət saatlarında Məhəmməd Füzulinin şeirləri səsləndirilib.Məktəblilər sərgidən çox böyük təəssüratla qayıdıb.Sərgidə iştirak müəllim və şagirdlər üçün faydalı öyrənmə,ünsiyyət və şəbəkələşmə imkanı yaradır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi