SOS Uşaq Kəndində Vətən müharibəsi şəhidi yad edildi

27 sentyabr Anım günü məktəbin 3E sinif müəllimi Şənay Muxtarova şagird və valideynləri ilə Vətən müharibəsində şəhid olmuş Azərbaycan Ordusunun giziri Səbuhi Əhmədovun xatirəsini yad etmək üçün onun böyüdüyü SOS Uşaq kəndində oldular.Görüşdə SOS Uşaq kəndinin kollektivi və burada yaşayan uşaqlar iştirak edib.3 E sinif şagirdləri kollektiv qarşısında çıxış edib,Səbuhinin qısa,lakin şərəfli ömür yolu haqqında danışıblar.Qeyd olunub ki,Səbuhi Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğurunda döyüş əməliyyatlarına qatılaraq,vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən “Cəsur döyüşçü” medalı,”Azərbaycan Bayrağı” ordeni,”Vətən uğrunda” medalı ilə təltif edilib.Sonda SOS Uşaq kəndinin uşaqlarına hədiyyələr verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi