Anım Günü ilə bağlı tədbir keçirildi

Məktəbin akt zalında 27 sentyabr Anım Günü qeyd olunub.Məktəbin dərnək rəhbəri Səbinə Mahmudovanın hazırladığı ədəbi-bədii gecədə müəllim və şagird kollektivi iştirak edib.”Zəfərə doğru” adlı tədbirdə dərnək üzvləri Vətənə və Şəhidlərə həsr olunmuş şeir kompozisiyaları və musiqi nömrələri ilə çıxış ediblər.

Tədbirə dəvət olunmuş Vətən müharibəsi qaziləri Aydın Osmanov və Bəhram Abdullayev    

müharibə xatirələri barədə iştirakçılara ətraflı məlumat veriblər.Tədbirin əsas məqsədi II Qarabağ müharibəsində qəhrəmancasına döyüşmüş,ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizin xatirəsini ehtiramla yad etmək və məktəblilərin arasında vətənə,torpağa məhəbbət hissini artırmaq,hərbi-vətənpərvərlik ruhunu təbliğ etmək olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi