Şəhidlərin xatirəsi anıldı

27sentyabr məktəbin həyətində müəllim və şagird kollektivi Vətən müharibəsi şəhidlərinin xatirəsini andılar.Dövlət Himni səsləndirildi.Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Məktəbin tarix müəllimi Səbinə Məlikova çıxış edərək qeyd etdi ki,bu gün Azərbaycanda Anım günüdür.Xalqımız II Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşən,ölkəmizin ərazi bütövlüyü yolunda canından keçən əsgər və zabitlərin xatirəsini ehtiramla anır.Bu gün hərbi-siyasi gücümüzün ortaya qətiyyətlə qoyulduğu,milli həmrəyliyimizin nümayiş olunduğu şərəfli bir tarixdir.Sonda şagirdlər Şəhidlərin xatirəsinə həsr olunmuş şeirlər söylədilər.​

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi