20 Sentyabr-Azərbaycanda Dövlət Suverenliyi Günüdür
2024-cü il sentyabrın 19-da Prezident İlham Əliyev Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb.Məktəbin müəllim və şagird kollektivi bu sərəncamı böyük sevinclə qarşılayıb.İlk olaraq məktəbin tarix müəllimi Səbinə Məlikova mərkəzləşmiş radio qovşağı vasitəsilə bu məlumatı səsləndirib və kollektivi Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib.Kollektiv xəbəri sürəkli alqışlarla qarşılayıb.Sonra siniflərdə müəllimlər bu tarixi günü şagirdləri ilə qeyd ediblər.
Qeyd olunub ki,Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir.Parlaq qələbəmiz nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilib.Şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz,suverenliyimiz xalqımızın milli sərvətidir.