Məktəb həyətində güllər əkildi

"Yaşıl dünya naminə həmrəylik ili" ilə bağlı görülən işlər davam etdirilir. Sentyabrın 17-də məktəbin ibtidai sinif müəllimlərinin təşəbbüsü ilə məktəb həyətinə güllər əkildi. Balacalar öz əlləri ilə məktəbin həyətyanı sahəsində əkdikləri çiçəklərlə yaşıllığı artırdılar .Qeyd edək ki, kiçik yaşlarından bitkilərə sevgi, qulluq qaydaları öyrətməklə onlara gələcəkdə təbiəti qorumağın yolları öyrədilir. Bu işdə onlara yuxarı sinif şagirdləri də yardım etdi.