16 sentyabr "Bilik günü" qeyd olundu

    Ə.Abbasov adına 257 nömrəli tam orta məktəbdə "Bilik Günü" nə həsr olunmuş tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə torpaqlarımızın düşməndən azad edilməsi, ölkəmizinin suverenliyi, bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

    Məktəbin direktor əvəzi Şəhla Xəlilova tədbiri açaraq yeni dərs ilinin başlanması münasibətilə şagird, müəllim və valideynləri təbrik edib, onlara uğurlar arzulayıb. Tədbirdə məktəb məzunlarının qəbul imtahanlarındakı uğurları qeyd olunub və 2024-2025-ci tədris ilinin ilk dərsləri "Yaşıl dünya naminə həmrəylik ili" mövzusuna həsr olunacağı vurğulanıb. 

    Dəvət olunan qonaqlar arasında məktəbin şəhid məzunu Ceyhun Həsənovun valideynləri, şəhid Elburus Əhmədovun xanımı da vardı. 

    Tədbirin bədii hissəsində məktəbin şagirdləri şeir deyib, mahnı oxuyub və rəqs edib. Sonda birincilər mahnı sədaları altında məktəbə daxil olublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi