Pedaqoji Şuranın ilk iclası keçirildi

    12 sentyabr 2024-cü il tarixdə məktəbdə Pedaqoji Şuranın ilk iclası keçirildi. İlk olaraq kollektivi yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara işlərində uğurlar arzulayan məktəb rəhbərliyi, daha sonra gündəlikdə duran məsələlərlə kollektivi tanış etdi. Bütün şura üzvlərinin iştirak etdiyi iclasda 2023-2024-cü dərs ilinin yekunları, IX, XI siniflərin buraxılış imtahanının nəticələri, ali məktəbə qəbul, IV və VI siniflərdə monitorinqin nəticələri təhlil olundu. Daha sonra yeni dərs ilində qarşıda duran vəzifələr, metodiki şura və fənn metodbirləşmələrinin təşkili, məktəbin iş rejimi, məktəb rəhbərləri arasında vəzifə bölgülərinin təsdiqi barədə, cari məsələlər geniş müzakirə olundu və müvafiq qərarlar qəbul edildi.

   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi