Sinif rəhbərləri ilə görüş

    Sentyabrın 10-da sinif rəhbərləri ilə direktor müavinlərinin görüşü keçirildi. Görüşdə sinif rəhbərlərinə yeni tədris ilinə hazırlıqla bağlı görülən işlər haqqında məlumat verilib. Belə ki, təlim prosesinin təşkili, şagirdlərin xarici görünüşünə, geyiminə nəzarət etmək, şagirdlərin dərsə davamiyyətinə nəzarət kimi məsələlərə toxunulub. Hər bir şagirdin tədris nailiyyətinə nəzarət etmək, valideynlərlə əlaqə yaratmaq, uşaqların tərbiyə olunmasında onlara kömək göstərmək müzakirə məsələlərindən olub. Sinif rəhbərlərinə sənədlərlə bağlı yeniliklər çatdırılıb. Eyni zamanda şagirdlər arasında şəxsi münasibətlərin tənzimlənməsi, müəllim və şagird, müəllim və valideyn arasında kommunikativ münasibətlərin tənzimlənməsi müzakirə olunub. Sinif rəhbərlərinə işlərində uğurlar arzulayıb, yeni tədris ilinin ilk gününə hazırlıqla bağlı tapşırıqlar verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi