Müəllimlər üçün təlimlər keçirilir

    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin pedaqoji heyəti üçün təlimlər keçirilir. Məktəbin müəllimlərinin böyük hissəsi bu təlimlərə cəlb olunub. 

    "Tədrisdə diferensial yanaşma" mövzusunda ixtisasartırma, “Microsoft sertifikatlı pedaqoq”, Müəllimlərin tədqiqatçılıq bacarıqlarının inkişaf etdirilməsi"  mövzusunda təlimlər keçirilir. Təlimlərdə müəllimlərə müxtəlif istiqamətli praktik tapşırıqlar verilir, qarşılıqlı fikir mübadiləsi aparılır, onları maraqlandıran suallar cavablandırılır. 

    Təlimlərin əsas məqsədi müəllimlərin peşəkar inkişafına dəstək vermək və ümumi təhsildə keyfiyyətin daha da yüksəlməsinə nail olmaqdır. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi