Metodbirləşmə sədrlərinin iclası keçirildi
9 sentyabr tarixində məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İradə Seyidovanın rəhbərliyi ilə fənlər üzrə metodbirləşmə sədrlərinin iclası keçirildi. İclasda metodbirləşmənin tərkibi, müəllimlər haqqında məlumat, onların iş keyfiyyətinin qısa səciyyəsi, metodbirləşmənin ötən ildəki fəaliyyətinin yekunu və yeni dərs ilində qarşıda duran vəzifələr, tədrisin keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər, perspektiv (illik) planlaşmanın yeni forması, normativ sənədlərin öyrənilməsi kimi məsələlər müzakirə olundu. Bundan başqa iclasda dərs dinləmə, fənn olimpiadalarının keçirilməsi, sinifdənxaric və məktəbdənkənar işlər, istedadlı şagirdlərin üzə çıxarılması haqqında məsələlərə də toxunuldu. İradə Seyidova Təlimə Dəstək Mərkəzində keçirilən təlimdə müzakirə edilən məsələləri və yenilikləri metodbirləşmə sədrlərinin diqqətinə çatdırdı. Tövsiyə olundu ki, yeniliklərlə dərslər başlayanadək kollektivin müəllimləri yaxından tanış olsun.