XVI rus olimpiadası
Ölkəmizdə rus dilinin tədrisinə diqqət və qayğının nəticəsi olaraq Elm və Təhsil Nazirliyi, Rusiya səfirliyi və Rossotrudniçestvo əməkdaşlığı çərçivəsində Mirzə Şəfi Vazehin 230 illiyinə və Aleksandr Sergeyeviç Puşkinin 225 illiyinə həsr olunan rus dilində XVI Respublika Olimpiadası keçirilib.
Olimpiadanın yekun nəticələrinə əsasən, 22 may 2024 -cü il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetində mükafatlandırma tədbirləri keçirilib. Məktəbimizin şagirdi Nuray Rəhmanlı da bu olimpiadanın qalibi olmuş, ona diplom təqdim olunmuşdur.
Qeyd edək ki, sözügedən olimpiada artıq illərdir ölkəmizdə təşkil olunur və tədrisi rus dilində aparılan məktəblər tərəfindən böyük maraqla qarşılanır.