"YARAT" rəngkarlıq muzeyinə ekskursiya

      257 nömrəli tam orta məktəbin 5sinif şagirdləri YARAT rənkgarlıq muzeyinə ekskusiyaya getmişlər. Şagirdlər burada rəssamların əl işləri ilə tanış olmuş, sərgilənən rəsm əsərləri barədə müəyyən məlumatlar əldə etmişlər.

    Qeyd edək ki, Dövlət Bayrağı Meydanının ərazisində yerləşən muzey Heydər Əliyev Fondu tərəfindən təsis edilib. Muzeyin təntənəli açılışı 2015-ci ilin iyun ayında, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə baş tutub. Burada həm tanınmış, həm də nisbətən az tanınan rəssamların Milli Rəsm Qalereyası və Müasir İncəsənət Muzeyi kimi dövlət kolleksiyalarından götürülmüş əsərləri təqdim edilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi