"KORRUPSİYAYA QARŞI MÜBARİZƏ" MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ GÖRÜŞ KEÇİRİLDİ

    4 iyun 2024-cü il tarixində məktəbdə Pedaqoji kollektivlə "Korrupsiyaya qarşı mübarizə" mövzusunda maarifləndirici görüş keçirildi.Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Qarat Qaratov tarix boyu cəmiyyətlərin üzləşdiyi problemlərdən biri olan korrupsiyanın bu gün də bütün dünya ölkələrində aktual problemlərdən biri olaraq qaldığını, ümumi inkişafa və təhlükəsizliyə mənfi təsir göstərdiyini, sosial ədalətə ciddi təhlükə yaratdığını, iqtisadi və sosial inkişafı ləngitdiyini, əlverişli biznes mühitinin yaranmasına mane olduğunu söylədi.

    O, bildirdi ki, bu fəaliyyət planının icrası nəticəsində korrupsiyaya şərait yaradan halların qarşısı alınır, ictimaiyyət qarşısında hesabatlılığın daha da gücləndirilir, məmur-vətəndaş təmasının minimuma endirilir, əhaliyə göstərilən xidmətlər daha da təkmilləşdirilir və elektronlaşdırılır.

    Məktəb direktoru məktəbdə baş verə biləcək korrupsiya hallarından da danışdı və bunun yol verilməz olduğunu bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi