İkinci yarımil üzrə böyük summativ qiymətləndirmə keçirilir.
Ümumi təhsil müəssisələrində 2023-2024-cü tədris ilinin II yarımili üzrə böyük summativ qiymətləndirmələr keçirilir. Böyük summativ qiymətləndirmələr bir sıra məktəblərdə rəqəmsal formada təşkil olunur.
Böyük summativ qiymətləndirmələrin keçirilməsində əsas məqsəd müvafiq məzmun və dəyərləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagird nailiyyətlərini müəyyən etmək, onların bilik və bacarıqlarını yoxlamaqdan ibarətdir.
Hazırda 257 nömrəli tam orta məktəbdə ikinci yarımil üzrə böyük summativ qiymətləndirmələr aparılmaqdadır.