1 Iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

        Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.

    1 iyun 1998-ci ildə Uşaqları Beynəlxalq Müdafiə günü münasibətilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: “Bizim xalqımızın ən nəcib, ən gözəl xüsusiyyətlərindən və ulu babalarımızdan bizə qalmış ənənələrdən biri də odur ki, Azərbaycan xalqı həmişə uşaqsevər olmuşdur. Təsadüfi deyil ki, azərbaycanlıların ailələri çoxuşaqlı olurlar. Bu, sadəcə onunla əlaqədardır ki, azərbaycanlılar – qadınlar da, kişilər də uşağı çox sevirlər, onlara çox məhəbbətləri vardır. Bilirsiniz, gərək hər bir valideyn uşağına və təkcə öz uşağına yox, ümumiyyətlə, uşaqlara qayğını, diqqəti özünün həm borcu, həm də müqəddəs vəzifəsi kimi qəbul etsin və ona riayət etsin, yerinə yetirsin.”

    Dünən, mayın 31-də 257 nömrəli tam orta məktəbdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə öncə Dövlət Himni səsləndirilmiş, sonra ulu öndər Heydər Əliyevin uşaqlarla birlikdə olan video-rolikləri göstərilmişdir. Şagirdlər hazırladıqları rəqs nümunələrini ifa etmiş, şeirlər söyləmişlər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi