Üzgüçülük idman yarışı üzrə Respublika birincisi -Şamo İsrafilov

Üzgüçülük idman növü üzrə Respublika birinciliyi keçirilib

    27 may 2024-cü il tarixində Sumqayıt şəhər 1 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbində “Təhsil” Respublika İdman Mərkəzinin üzgüçülük idman növü üzrə Respublika birinciliyi keçirilib.

    Beynəlxalq Üzgüçülük Federasiyasının qaydaları əsasında 2010-cu il və daha kiçik təvəllüdlü oğlan və qızlar arasında təşkil olunan yarışa Elm və Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəbindən 47 nəfər idmançı mübarizə aparıb.

    Bu mübarizədə məktəbimizin 7R sinif şagirdi İsrafilov Şamo da iştirak edərək Respublika birincisi olmuşdur. 

    Qeyd edək ki, yarışın keçirilməsində məqsəd üzgüçülük idman növünün təbliği və inkişaf etdirilməsi, onların yarış təcrübələrinin artırılması, Mərkəzin qeyd olunan yaş qrupu üzrə oğlan və qızlardan ibarət yığma komandasının tərkibinin müəyyən edilməsindən ibarət olub.

    Məktəbimizin rəhbərliyi və kollektivi adından şagirdimizi təbrik edir, ona uğurlar arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi