Cüdo idman növü üzrə qalib gələn şagirdimiz

    2024-cü ilin aprel–iyun aylarında Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin birgə qərarı ilə “Məktəblilərin respublika çempionatı” keçirilir.

    Çempionatın keçirilməsində məqsəd bədən tərbiyəsi və idmanı şagirdlər arasında kütləviləşdirmək, fiziki tərbiyə fənninin tədrisini təkmilləşdirmək, şagirdlər arasında sağlam, aktiv həyat tərzini təşviq etmək, sinifdənxaric və məktəbdənkənar işi yaxşılaşdırmaq, idmançıların yarış təcrübələrini artırmaq, olimpiya idman kompleksləri və idman bazalarından səmərəli istifadəni təmin etməkdir.

    257 nömrəli tam orta məktəbin 5b sinif şagirdi Kamilova Firəngiz İlqar qızı Bakı şəhəri üzrə U-13 kiçik yaşlı yeniyetmələr arasında cüdo idman növü üzrə yarışmada III yerin qalibi olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi