Yaşıl sinif
257 nömrəli tam orta məktəbdə "Təbiəti qoruyanlar" layihəsi üzrə keçirilən tədbirlərdən biri də "Yaşıl otaq" layihəsi olmuşdur. Məktəbin 7A sinfinin şagirdləri sinif otaqlarını sanki təbiətin bir guşəsinə çevirmişlər. Sinfin hər tərəfinə dibçəklərdə şagirdlər tərəfindən becərilən güllər qoyulmuş, divarlardan onların hazırladıqları herbarilər asılmışdır. Bundan əlavə, şagirdlər müxtəlif bitkilər haqqında məlumatlar söyləmiş, əyani vəsaitlərdən istifadə etmişlər.