Xətai məktəbləri "Kiçik Akademiya" üzvlərinin III konfransı keçirildi.

     Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən mütəmadi olaraq “ Kiçik Akademiya ” ların fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə müxtəlif fəaliyyətlər təşkil edilir. Bu istiqamətdə keçirilən tədbirlərdən biri də “ Kiçik Akademiya  təqdimatları ” adlı rayon konfransıdır.
     23.05.2024 -cü il tarixində 257 nömrəli tam orta məktəbdə keçirilən Konfransda Xətai rayonunda yerləşən 36 məktəbin  Kiçik akademiya üzrə məsul şəxsləri və şagirdlər iştirak etdilər.
    Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndərin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıldı.
    Tədbirdə çıxış edən 257 nömrəli tam orta məktəbin direktor müavini və Kiçik Akademiyanin rəhbəri İradə Seyidova “Kiçik Akademiya”ların gördüyü işlər və əldə edilən uğurlar barədə məlumat verib.
    Xətai rayonu ümumi təhsil müəssisələri üzrə “Kiçik Akademiya”nın rəhbəri Namiyə Hacıyeva “Kiçik Akademiya”ların təşkil olunmasında əsas məqsədin yaradıcılıq və elmi-tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı uşaq və gənclərlə aparılan işlərin gücləndirilməsi, yeni fəaliyyət mexanizmlərinin yaradılmasına kömək göstərilməsi və şagirdlərdə tədqiqatçılıq bacarıqlarının formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsindən ibarət olduğunu bildirib.
    Daha sonra tədbirdə ümumi təhsil məktəblərinin “Kiçik Akademiya” üzvlərinin çıxışları dinlənilib. Münsiflər heyəti tərəfindən çıxışlar qiymətləndirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi