5-6-cı siniflərdə Təbiət fənni üzrə ətraf mühitin qorunmasına dair əlavə məşğələlərin təşkil edilməsi
"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində "Ümumi təhsil müəssisələrində aidiyyəti fənlər üzrə ətraf mühitin qorunmasına dair əlavə məşğələlərin təşkil edilməsi" bəndinə uyğun olaraq biologiya müəllimi Quliyeva Kəmalə VI sinfində “Ətraf mühitin qorunması” adlı xüsusi dərs keçdi.
Şagirdlər mövzuya uyğun hazırlanmış layihə işlərini təqdim etdilər. Təqdim olunan hər bir layihədə şagirdlər ümumilikdə bütün dünyanı narahat edən qlobal problemlərə toxunmuş və onların həlli yollarını göstərməyə çalişmışdılar.