“İşğal altında olmuş torpaqlarda törədilən ekoloji terror” mövzusunda təqdimat

    Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İradə Seyidova  və biologiya müəllimi Marifə Şəkərovanın   təşkilatçılığı ilə şagirdlərlə  COP 29 çərçivəsində "İşğal altında olmuş torpaqlarda törədilən ekoloji terror" mövzusunda təqdimat təşkil olunmuşdur.

     İradə Seyidova  “İşğal altında olmuş torpaqlarda törədilən ekoloji terror” mövzusunda geniş təqdimatla çıxış edərək, Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan ərazilərində törətdiyi ekoloji cinayətlər barədə məlumat verib, Ermənistanın uzun illər işğal altında saxladığı torpaqlarımızda təbiətə qarşı düşmən münasibətin sərgilədiyini, həmin ərazilərdə bioloji müxtəlifliyə, flora və fauna növlərinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə ciddi zərər vurulduğunu, ərazilərin yandırıldığını, su resurslarının çirkləndirildiyini, qiymətli ağac növləri ilə zəngin olan meşələrin məhv edildiyini bildirib və yeraltı və yerüstü sərvətlərin məqsədli şəkildə talan edilməsi nəticəsində bu bölgədə ekoloji tarazlığın pozulduğunu və Azərbaycanın ekologiyasına ciddi ziyan dəydiyini vurğulayıb.

    Şagirdlər həm mövzu ətrafında topladıqları məlumatları səsləndirib, həm də qarşılıqlı diskussiya ediblər. Daha sonra isə hazırladıqları təqdimatları təqdim ediblər. Sonda isə onları maraqlandıran suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi