“Azərbaycanım” Beynəlxalq VII Uşaq Və Gənc Rəsm Festivalının qalibləri
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Sənət Mərkəzi,Beynəlxalq Suluboya Cəmiyyəti Azərbaycan Nümayəndəliyi və Beynəlxalq Suluboya Cəmiyyəti Xətai Uşaq Sənəti Qalereyasının təşkilatçılığı ilə 28 may-Azərbaycanın Respublika gününə həsr olunmuş "AZƏRBAYCANIM" Beynəlxalq VII Uşaq və Gənc Rəsm Festival çərçivəsində elan olunmuş müsabiqənin sərgiləri 13,14,15,1617 may tarixlərində növbəli şəkildə Xətai Sənət Mərkəzində açılacaq.
Akvarel texnikasında mövzusu güllər olan müsabiqəyə 2500-ə yaxın 8-21 yaş arası Azərbaycan gəncləri ilə yanaşı,-Türkiyə,İran, Peru,Litva,Gürcüstan,Yaponiya,Vyetnam, Hindistan vətəndaşı qatılmışdır və bu sərgilərdə ümumilikdə 800-ə yaxın əsər sərgilənəcək.
Sərgidə 257 nömrəli tam orta məktəbin şagirləri: Orucov Həsən və Abbasova Fidan iştirak etmişlər. Şagirdlərimizin çəkdiyi əsərlər münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilərək seçilmiş əsərlər sırasına salınmışdır. Orucov Həsənlə Abbasova Fidana çəkdikləri əsərlərə görə sertifikat təqdim olunmuşdur.