Hərbi bilik yarışmasının qalibləri

    29.04.2024-cü il tarixində Təlimə Dəstək Mərkəzində Bakı Şəhər üzrə Təhsil İdarəsinin tədbirlər planına uyğun olaraq aprel döyüşlərinin ildönümünə həsr edilmiş “Böyük qayıdışın başlanğıcı” adlı hərbi bilik yarışmasında 257 nömrəli tam orta məktəbin Çağırışaqədərki hərbi rəhbəri Sərdar Eyubov və şagirdlərimiz iştirak etmişdir.

Yarışda Təlimə Dəstək Mərkəzinin direktor müavini Zaur Balaqadaşav, metodisti Qılman Eyvazov və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin     Çağırışaqədərki Hazırlıq İdarəsinin nümayəndəsi polkovnik-leytenant Rəşad Quliyev çıxış etdilər. 

Yarışın məqsədi gənclərin bu fənnə olan maraqlarının stimullaşdırılması, peşə yönümünün hərbi ixtisaslara istiqamətləndirilməsi, şagirdlər arasında Vətən sevgisinin, vətənpərvərlik tərbiyəsinin və orduda xidmət etmək meyillərinin gücləndirilməsidir.

    Hərbi bilik yarışması məktəb, rayon və şəhər turu olmaqla 3 mərhələdə təşkil olunmuşdur. Yarışda hər məktəbi 4 şagirddən (2 oğlan, 2 qız) ibarət olmaqla bir komanda təmsil etmişdir.

    “Kahoot” proqramı üzərində həyata keçirilən yarışın qiymətləndirilməsi Çağırışaqədərki hazırlıq fənni üzrə bütün mövzuları əhatə etmişdir. Yarış 25 sualdan ibarət olmaqla, hər sual 1000 balla qiymətləndirilmiş və 25-ci sualdan sonra nəticə dərhal kompüter vasitəsilə bütün iştirakçılara elan edilmişdir.

    Hərbi bilik yarışmasının rayon turunun üçüncü günü Nizami rayonu 220, Xətai rayonu 55 və Suraxanı rayonu 232 nömrəli tam orta məktəblər şəhər turuna vəsiqə qazanıblar.

    Qeyd edək ki, Hərbi Bilik Yarışı digər rayonlarla da keçiriləcəkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi