Şagirdlərimiz "Qələbə Diktantı" tədbirində ştirak etdilər.

28 aprel 2024-cü il tarixində Rus Mədəniyyət Evində Böyük Vətən Müharibəsi- "Qələbə Diktantı" mövzusuna həsr olunmuş tədbir təşkil olunmuşdur. Bu aksiyada bütün arzu edənlər iştirak edirdilər: məktəb şagirdləri, tələbələr və müəllimlər.
Diktant qəhrəman-şəhər Leninqradın faşist blokadasından tam azad olunmasına, cəbhəçi-yazıçıların yubileylərinə, hərbi-tarixi hadisələrə və Azərbaycan Respublikasının cəsur döyüşçülərinə həsr olunmuşdur.
Məktəbimizin aşağıda adları qeyd olunan 8,9-cü sinif şagirdləri də öz biliklərini bu tədbirdə nümayiş etdirdilər:
Məmmədli Sevincxanım, Hüsynli Aylin, Zkirli Ayla, Əbdürahmanlı Aytac.
Onlar tədbirdə fəal iştirak etdiklərinə görə fəxri diplomla təltif olundular.
Şagirdlərimizi təbrik edirik!